Bə'zən cəmiyyət arasında xüsusi elitar təbəqə özlərini müdafiə etmək üçün, öz yalanlarına haqq qazandırmaq üçün öz ətraflarına idealoji baryer çəkirlər. Həmin idealoji baryer onların xeyrinə işləyir və onları bir növ xarici tə'sirlərdən qoruyur. Bu cür baryerlərdən ən səmərəlisi din və adət - ənənələrdir.
Bəli bu həqiqətdir. Sanki (üzr istəyirəm) pozgun, fahişə əməlləri ilə tanınan hansısa bir qadın və yaxud kişi bir müddət sonra din, əxlaq pərdəsinə bürünür. Adət- ənənələrdən çıxış edir. (B'əzilərinə aid etmirəm.) Çətin vəziyyətə düşəndə bunlardan qoruyucu sipər kimi istifadə edir. Reallıq onu göstərir ki, indiki dövrümüzdə din- əxlaq özünü müdafiə və özünü göstərmək rolunu oynayır. Təbii ki, istisnalar da var.
Bu metod həm də sosial idarəetmədir. Yə'ni cəmiyyətin gizli, xüsusi üsullarla idarə olunmasıdır. Yüksək təbəqəli elitar dairələr yaxşı bilirlər ki, din, iman insanları bir araya gətirir və onları vahid bayraq altında birləşdirir. Bu da sosial idarəetmədə vacib bir faktordur. Cəmiyyət dini qanun- qaydalara oturdulur və bir əldən yönləndirilir.
Aşkarlıq, demokratiya şəraitində isə bu cür idarəetmə metodu keçərli deyil. Çünki demokratik düşüncəli insan, kosmopolit insan heç bir zaman qapalı sistemə təhamül edə bilməz. O hər bir atılan addımda aşkarlıq və azadlıq istəyir. Müstəqilliyə can atar. Ədalətli dövlətçiliyin tərəfdarı olar.
Emil Hacıyev.